Novruz şənlikləri ləğv olundu –Hökumət qərar verdi

Novruz şənlikləri ləğv olundu –Hökumət qərar verdi
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahı açıqlama yayıb.

Xeberdar.net-ə verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib:

“Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib. Bununla əlaqədar bildiririk ki, Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir.

Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq”.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

Novruz şənlikləri ləğv olundu –Hökumət qərar verdi

  • 10-03-2020, 16:05
  • 322


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI