Etirazlara səbəb olan cərimələnmə qanununda dəyişiklik ediləcək

Etirazlara səbəb olan cərimələnmə qanununda dəyişiklik ediləcək“Mülki Prosessual Məcəlləyə təklif edilən maddə yeni redaksiyada veriləcək”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, məhkəmə işə düzgün və tezliklə baxılmasına aşkar sürətdə mane törədən şəxsləri, işdə iştirak edənləri və ya vəkilləri cərimələyəcək:

“Qeyd olunurdu ki, niyə yalnız vəkillər nəzərdə tutulurdu. Bu, artıq aradan qaldırıldı, bütün tərəfləri nəzərə alacağıq. İkincisi, narazılıq yaradan məsələ rüsumlarla bağlı idi. Pulsuz hüquqi yardımla bağlı qanunun təqdim olunması nəzərdə tutulur. Bu baş verəndən sonra həmin narazılıq aradan qalxmış olacaq”.

Qeyd edək ki, əvvəlki redaksiyada dəyişiklik məhkəmənin açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə etməsini nəzərdə tuturdu. Yeni dəyişiklikdə isə məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və şikayətlər verərək işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkilləri 500 manatadək cərimə edə biləcək.

Məcəlləyə təklif edilən dəyişikliklər II oxunuşda səsə qoyularaq qəbul edilib.

Etirazlara səbəb olan cərimələnmə qanununda dəyişiklik ediləcək

  • 2-07-2021, 14:40
  • 440


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI